• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox neft istehlak edən ölkələr bəlli oldu

Ən çox neft istehlak edən ölkələr bəlli oldu
08.06.2017 11:30
Beynəlxalq Energetika Agentliyi (İEA) növbəti hesabatını açıqlayıb.

Anews.az xəbər verir ki, hesabatda dünyada adambaşına neft istehlakına görə lider ölkənin Cəbəllütariq olduğu qeyd edilib. Bu ölkədə hər 1000 adam gündə orta hesabla 861,06 barrel neft istehlak edir. Qeyd edək ki, ilk 5-liyə daxil olan ölkələr, əsasən, cırtdan ölkələrdir. Belə ki, Cəbəllütariqlə bərabər bu siyahıda Monserrat (2-ci yer), San-Pyer və Mikelon (4-cü yer), eləcə də, Nauru (5-ci yer) yer alıb.

İlk 10-luqda isə ən çox adambaşına neft istehlak edən ölkələr siyahısında cırtdan ölkələrlə bərabər kiçik ölkələr də var. Belə ki, Sinqapur bu siyahıda 3-cü, Küveyt 7-ci, Birləşmiş Ərəb Əmirlikləri isə 10-cu yerdə qərarlaşıb. ABŞ, Çin, Hindistan, S.Ərəbistanı və Rusiya kimi nəhəng dövlətlər isə ilk 10-luğa daxil olmayıb. 


Ən çox neft istehlak edən ölkələr arasında lider gündəlik 19,6 mln. barrel istehlak həcmi ilə ABŞ-dır. Çin 11,3 mln. barrel/günlə ikinci sıradadır. Yaponiya, Hindistan və Rusiya ilk 5-liyi tamamlayan ölkələrdir. Bu 5 ölkə ümumilikdə gündəlik 40 mln. barrel neft istehlak edir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol