Azərbaycandan Aİ ölkələrinə ixracın 96%-i fındığın payına düşür

Seyfəddin Talıbov: Ticarət dövriyyəsinin həcmini artırmaq üçün potensial böyükdür.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında 2016-cı ildə aqrar sahədə 240,7 mln. dollarlıq ticarət dövriyyəsi olub.
"Report"un verdiyi xəbərə görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov məlumat verib.
"Azərbaycana ötən il Aİ ölkələrindən 166,7 mln. dollarlıq məhsul idxal olunub. Azərbaycandan isə 74,7 mln. dollarlıq ixrac həyata keçirilib. Cins heyvan, içkilər, uşaq yeməkləri, tərəvəz konservləri idxalın əsasını təşkil edib. İxracın isə 96%-i fındığın, 1,7%-i nar şirəsinin payına düşüb".
Nazir müavini vurğulayıb ki, Aİ ölkələri ilə ilə ticarət dövriyyəsinin həcmini artırmaq üçün potensial böyükdür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























