Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi iki gündən sonra əvvəlki yerində xidmət göstərəcək

Bakı Nəqliyyat Agentliyi ərazidə təhlükəsizlik tədbirləri görüb
İyunun 10-da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək.
"Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin BNA) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, köçürülmə ilə əlaqədar BNA ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib: "Nəqliyyatı Mübadilə Mərkəzinin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin, dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























