• $
  • €
  • ₽
  • ₺
  • £

Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır

Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır
09.06.2017 13:00
Bu, ölkənin üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədardır.

Türkmənistan prezidenti Qurbankuli Berdımuxammedov əhaliyə müraciət edərək ölkə vətəndaşlarını pulsuz elektrik enerjisi, içməli su və təbii qaz təminatı ilə vidalaşmağa hazır olmağa çağırıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, pulsuz kommunal xidmətlərin ləğvi Trükmənistanın üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədar ola bilər. 

Qeyd edək ki, Orta Asiyanın ən böyük qaz ixracatçısı bir il bundan əvvəl qiymətlərin azalması ilə əlaqədar valyuta çatışmazlığı ilə üzləşib və dollar satışını məhdudlaşdırıb. 5,5 mln. əhalisi olan Türkmənistanın əhalisi 24 ildir ki, kommunal xidmətlərdən limitli də olsa pulsuz faydalanıblar. 2014-cü ilə qədər isə vətəndaşlara ayda 120 litr benzin pulsuz verilib. Yerli informasiya agentlikləri yazır ki, bundan sonra pulsuz kommunal xidmətlərlə yalnız əhalinin maddi baxımdan zəif təbəqəsi təmin oluna bilər. 

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) Türkmənistanın dövlət büdcəsi kəsinin artmaqda davam edəcəyini  və bu il ümumi daxili məhsulun 0,7%-i qədər olacağını proqnozlaşdırır. 

Hazırda Türkmənistan yalnız Çinə "mavi yanacaq" ixrac edir. Bu ölkə hər il Türkmənistandan ildə 35-40 mlrd. kub metr qaz alır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol