• $
  • €
  • ₽
  • ₺
  • £

Nigeriya neft hasilatının həcmini artırır

Nigeriya neft hasilatının həcmini artırır
09.06.2017 17:00
Brent neftinin qiyməti 37 dollar/barel ola bilər.

Nigeriya "Forcados" markalı neftin hasilatını bərpa etdiyini bəyan edib.
 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Nigeriyada hasilat işləri aparan Britaniya-Hollandiya birgə müəssisəsi - "Royal Dutch Shell" neft-qaz şirkəti açıqlama verib.
 
Qeyd edək ki, Nigeriyada sözügedən markadan olan neftin hasilatı 2016-cı il fevralın 21-də terrorçuların hücumundan sonra dayandırılıb. Analitiklərin fikrincə, fors-major halının aradan qaldırılması nəticəsində Nigeriyanın gündəlik neft hasilatı 10% artaraq 2 mln. bareli keçəcək. Bu isə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) birgə anlaşma nəticəsində bazardan çıxardığı həcmin 20%-nin yenidən əmtəə birjalarına çıxması deməkdir. 

"Bloomberg" agentliyi yazır ki, bu ay "Forcados" markalı neftin orta günlük hasilat həcmi 250 000 barel təşkil edəcək. 

"Report"un analitik qrupu bildirir ki, ABŞ-da neft ehtiyatlarının həcminin artmasından sonra Nigeriyanın hasilatı artırması ilə bağlı xəbəri neftin ucuzlaşmasını davam etdirə bilər. Texniki təhlillər göstərir ki, hazırda "Brent" markalı neftin qiyməti kritik həddə yaxınlaşıb. Qiyməti bundan da aşağı düşərək ilkin mərhələdə 37 dollar/barel, daha sonra isə 28 dollar/barel ola bilər. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol