• $
  • €
  • ₽
  • ₺
  • £

HSŞ hesabatı "Moore Stephens Azerbaijan" şirkəti tərəfindən hazırlanacaq

HSŞ hesabatı "Moore Stephens Azerbaijan" şirkəti tərəfindən hazırlanacaq
09.06.2017 21:20
Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və dövlətin yerli və xarici şirkətlərdən daxiolmaları barədə HSŞ hesabatlarını tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədi ilə keçirilən satınalma müsabiqəsinin nəticələri müzakirə edilib.

Azərbaycan qanunvericiliyinə uyğun olaraq keçirilən müsabiqədə ölkədə fəaliyyət göstərən 10 beynəlxalq nüfuzlu auditor şirkətinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilib və bunlardan 4-ü ("RSM Azerbaijan”, "Moore Stephens Azerbaijan”, "BDO Azerbaijan”, "Baker Tilly Azerbaijan”) kotirovka təkliflərini təqdim edib. Auditor şirkətləri tərəfindən təqdim edilmiş təkliflər HSŞ Komissiyası tərəfindən qiymətləndirilib və qiymətləndirmə əsasında HSŞ Komissiyası 2016-cı il üzrə HSŞ hesabatının "Moore Stephens Azerbaijan” şirkəti tərəfindən hazırlanmasına qərar verib.

2016-cı il üzrə HSŞ hesabatını hazırlayacaq auditor şirkətinin seçilməsi ilə bağlı iclasda vətəndaş cəmiyyəti üzvləri, xarici səfirliklərin, beynəlxalq maliyyə təşkilatlarının regional nümayəndəliklərinin, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələri iştirak edib.

İclasda HSŞ Komissiyasının Katibliyi tərəfindən HSŞ Komissiyasının Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlığına dair razılaşma sənədinin layihəsinə dair şirkətlər tərəfindən təqdim edilmiş rəylər və Komissiyanın yeni yaradılacaq internet səhifəsi barədə təqdimatlar edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol