“Microsoft” “Docs.com”-u ləğv edir

"Microsoft” şirkəti cari ilin dekabrın 15-dən "Docs.com” xidmətini ləğv edir.
Anews.az vistanews.ru-ya istinadən bildirir ki, bu haqda informasiya Amerika korporasiyasının rəsmi saytında qeyd edilir. Səbəb kimi "SlideShare” və "OneDrive”-in funksiyalarının oxşarlığı göstərilir.
Qeyd edək ki, "Microsoft” və "Facebook” "Docs.com”-u birgə layihə çərçivəsində 2010-cu ildə yaradıblar. Amerika şirkətləri xidmətin köməyi ilə onlayn rejimdə öz ofis proqramlarının istifadəçilərinin sayını artırmağı nəzərdə tuturdular.
2015-ci ildə proqramçılar "Microsoft Office” paketi ilə dəstəklənən populyar formatların sənədlərini yerləşdirməyə icazə verən yeniləmələri hazırlayıblar. İndi onları axtarış sistemlərinin köməyinə müraciət edib tapmaq olar.
Hazırda "Microsoft” korporasiyasının əməkdaşları istifadəçiləri "Docs.com”-dan bütün materialları başqa xidmətlərə keçirməyə çağırırlar. Avqustun 1-dən istifadəçilər "Docs.com”-un mövcud olan sənədlərinə dəyişikliklər edə bilməyəcəklər. Qeyd edilən tarixdən - dekabrın 15-dək isə heç kim resursun saytına girə bilməyəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























