Azərbaycan Dövlət Neft Fondunun pul bazarı fondlarına investisiyaları 70% artıb

Bu rəqəm bu il yanvarın 1-nə 2 mlrd. manata yaxın olub.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) pul bazarı fondlarına investisiyalarının həcmi ötən il 70% artaraq bu il yanvarın 1-nə 1 970,7 mln. manat təşkil edib.
"Report” xəbər verir ki, bu barədə Fondun "PWC-Azerbaijan” MMC şirkətin tərəfindən hazırlanmış audit hesabatında qeyd olunub.
Hesabata əsasən, investisiyaların 1 961,9 mln. manatı (71% artım) kredit reytinqləri AAA olan "BlackRock ICS-Institution Liquidity Funds plc”, 8,8 mln. manatı isə (42% azalma)"The Goldman Sachs Group, Inc” pul bazarı fondlarına qoyulub.
Qeyd edək ki, pul bazarı fondlarına investisiyalar bu fondların tələbi əsasında ödənilən səhmlərən ibarətdir və yüksək dərəcədə likvidlidir. Bu fondlar aktivlərini qısamüddətli borclara və bununla bağlı alətlərə, məsələn, kommersiya qiymətli kağızlarına, depozit şəhadətnamələrinə, faiz dərəcəsi dəyişkən olan istiqrazlara, ABŞ xəzinə istiqrazlarına, avrobondlara və aktivlərlə təmin edilmiş qiymətli kağızlara yatırır.
Fonda ödəniləcək faiz və dividendlər yenidən investisiya edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























