Dəmir yolu xəstəxanası MMC-yə çevrilib

Tibb müəssisəsi adını dəyişib
Azərbaycan Dövlət Dəmir Yolu Xəstəxanası adını dəyişdirib.
Bu barədə "Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, tibb müəssisəsi yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin "Bakı Dəmir Yolu Xəstəxanası" MMC-yə çevrilib.
Bundan başqa, Azərbaycan Dövlət Dəmir Yolu Xaçmaz Dəmir Yol Xətt Ambulatoriyası da adını dəyişdirib.
Ambulatoriya yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidməti "Xaçmaz Dəmir Yolları Ambulatoriyası" MMC olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























