• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib

Vergilər Nazirliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib
14.06.2017 17:40
Son illər ikiqat vergitutmanın aradan qaldırılması və məlumat mübadiləsi sahəsində sazişlər şəbəkəsi əhəmiyyətli şəkildə genişlənib.

Azərbaycan Vergilər Nazirliyində Qazaxıstan Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Vergilər nazirinin I müavini Sahir Məmmədxanov Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib. 

Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə bildirib ki, Vergilər Nazirliyi vergitutma sahəsində dünyada gedən prosesləri yaxından izləyir, mütərəqqi beynəlxalq təcrübənin milli vergi sistemində tətbiqi istiqamətində tədbirlər həyata keçirir. Vergilər Nazirliyinin beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini xatırladan Z.Fətizadə Azərbaycanın digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı genişləndirilməsinə maraqlı olduğunu, son illər ikiqat vergitutmanın aradan qaldırılması və məlumat mübadiləsi sahəsində sazişlər şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndiyini qeyd edib.

Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin sədri Ardak Tengebayev vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Komitə sədri Azərbaycan və Qazaxıstan arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycan və Qazaxıstan hökumətləri arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişin uğurla tətbiq edildiyi vurğulanıb.
Görüşdə yaxın gələcəkdə iki ölkənin vergi orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol