• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-dan “Yay kampaniyası” – gündə 59 qəpik ödə, 25 dəqiqə və 100 Mb internet trafiki qazan!

“Nar”-dan “Yay kampaniyası” – gündə 59 qəpik ödə, 25 dəqiqə və 100 Mb internet trafiki qazan!
14.06.2017 15:50
"Nar” yeni "Yay kampaniyası”nı təqdim edib. Kampaniyaya gündə cəmi 59 qəpik ödəməklə ölkədaxili bütün istiqamətlərdə zənglər üçün 25 dəqiqə və 100 Mb internet trafiki daxildir. Paketə qoşulmaq üçün "Yay” yazıb 777 qısa nömrəsinə göndərmək və ya 777#59#YES şifrəsini yığmaq kifayətdir.

Beləliklə, hər zaman sərfəli qiymətlərlə fərqlənən "Nar” öz abunəçilərinin yay mövsümündə artan mobil rabitə tələblərini qarşılamaq üçün bu səmərəli kampaniyaya start verib. Bu kampaniyadan yararlanan "Nar” istifadəçiləri sevdikləri ilə bol-bol danışmanın dadını çıxara biləcək, yay boyu internetdən istədikləri qədər istifadə edəcəklər. "Yay kampaniyası” ilə "Nar” istifadəçilərinin yay istirahəti daha rəngarəng olacaq.

"Yay kampaniyası” operatorun tarif planları və ya internet paketlərindən biri deyil, mövsümi xarakter daşıyan bir kampaniyadır. Əgər aktivləşdirmə SMS vasitəsilə edilərsə, cari tarifə uyğun olaraq balansdan 1 SMS-in qiyməti qədər məbləğ çıxılır. Aktivləşdirmə barədə SMS aldıqdan sonra telefonu söndürüb yenidən yandırmaq lazımdır.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

"Yay kampaniyası” və operatorun digər tarif və kampaniyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol