Belarus Rusiya rublundan imtina edir

Belarus artıq yeni aydan Rusiya rublunu qızıl-valyuta ehtiyatlarının tərkibində nəzərə almayacaq.
Belarus Milli Bankı (BMB, Mərkəzi Bank) iyul ayının 1-dən etibarən Rusiya rublunu özünün qızıl-valyuta ehtiyatlarının tərkibində nəzərə almayacaq. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, BMB hesablaşmalarda tam olaraq beynəlxalq standartlara keçməyi planlaşdırır.
Xatırladaq ki, bank 2004-cü ildən ehtiyatlarının həcmini açıqlamağa başlayıb. Bu zaman 2 fərqli metoddan istifadə edilib. Bunlardan biri Beynəlxalq Valyuta Fondunun (IMF), digəri isə milli standartlar əsasında hazırlanıb. Vahid hesablaşma göstəricisinə keçmək qərarına isə Mərkəzi Bank IMF və Dünya Bankı ilə apardığı məsləhətləşmələrdən sonra gəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























