Avropa İttifaqı Yunanıstana 8,5 mlrd. avro kredit ayırıb

Qərar avronun bir qədər bahalaşmasına səbəb olub.
Avrozona ölkələrində böhrana dəstək vermək üçün yaradılan Avropa Sabitlik Mexanizmi (ESM) iyul ayının əvvəlində Yunanıstana yeni kredit subtranşı ayırıb.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ESM-in rəhbəri Klaus Reqlinq (Claus Regling) məlumat verib.
Yeni kredit tranşının 8,5 mlrd. avro (9,5 mlrd. ABŞ dolları) təşkil edəcəyi və hissə-hissə veriləcəyi bildirilib.
Qərar dünən, iyunun 15-də Avrozona ölkələrinin Maliyyə Nazirləri Şurasında qəbul edilib.
Qeyd edək ki, Yunanıstana III maliyyə yardımı proqramı çərçivəsində ESM 2015-ci ilin avqustundan indiyədək 31,7 mlrd. avro (35,3 mlrd. dollar) vəsait verib. Kreditlərin ümumi həcminin 86 mlrd. avro (96 mlrd. dollar) təşkil edəcəyi vurğulanır.
Bu qərar avronun məzənnəsinin bir qədər - 1,1155 dollara kimi yüksəlməsinə səbəb olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























