• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal təbii qaz ixracı artıb

Qlobal təbii qaz ixracı artıb
19.06.2017 16:20
Qlobal enerji bazarlarında qaz ixracı ötən il 2015-ci illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetrə yüksəlib.

Anews.az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə BP-nin "2017 Dünya Enerji Mənzərəsi” hesabatında qeyd edilir. Bildirilir ki, mavi qaz satışlarının 68%-i (737 milyard 500 milyon kubmetr qaz) boru kəmərləri vasitəsilə, 32%-i (346 milyard 600 milyon kubmetr) mayeləşdirilmiş qaz ixracı (LNG) yolu ilə həyata keçirilib.  

Qlobal enerji bazarlarında qaz ixracı əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetr təşkil edib. 2015-də bu rəqəm 1 trilyon 340 milyon kubmetr idi.

Magistral kəmərlərlə qaz ixracında Rusiya 190 milyard 800 milyon kubmetrlə ilk sırada yer alıb. Rusiyadan sonra ikinci sırada 109 milyard 800 milyon kubmetr qaz ixracı ilə Norveç gəlir.

Dünyada 2016-da boru kəmərləri vasitəsilə ən çox qaz alan ölkə  Almaniya olub. Almaniya 99 milyard 300 milyon kubmetr qaz alıb. ABŞ 82 milyard 500 milyon kubmetr qaz idxalı ilə ikinci sırada yer alıb.  

Hesabat dövründə  qlobal bazarda ən çox mayeləşdirilmiş qaz satışı Qətər tərəfindən reallaşdırılıb.  

LNG-yə tələbat isə daha çox Yaponiya və Cənubi Koreyada olub.

Kəmərlərlə ən çox qaz ixrac etmiş ölkələr, satış həcmi  (kubmetr)

 Rusiya -190,8 milyard
 Norveç - 109,8 milyard
 Kanada - 82,4 milyard
 ABŞ - 60,3 milyard
 Hollandiya - 52,3 milyard

 Kəmərlərlə ən çox qaz idxal edən ölkələr

 Almaniya - 99,3 milyard
 ABŞ - 82,5 milyard
 İtaliya - 59,4 milyard
 Meksika - 38,4 milyard
 Çin- 38 milyard

 LNG formasında ən çox qaz ixrac edən ölkələr

 Qətər - 104,4 milyard
 Avstraliya - 56,8 milyard
 Malayziya - 32,1 milyard
 Nigeriya - 23,7 milyard
 Bruney - 21,2 mlrd

 LNG formasında ən çox idxal edən ölkələr

 Yaponiya - 108,5 milyard
 Cənubi Koreya - 43,9 milyard
 Çin - 34,3 milyard
 Hindistan - 22,5 milyard
 Tayvan - 19,5 milyard

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol