• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank bu yay üzünüzü yeni lotereya ilə güldürür!

AccessBank bu yay üzünüzü yeni lotereya ilə güldürür!
22.06.2017 13:50
Bankın kartları ilə ödəniş edənlər dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcək.

Bakı, 22 iyun 2017-ci il. Ölkə ərazisində və ya kənarda alış-veriş etməklə smartfon qazanmaq istəyirsiniz? İnternet üzərindən məhsul sifariş etməklə planşet udmaq istəyirsiniz? Dostlarınızla nahar etməklə Antalyaya səyahət etmək şansı əldə etmək istəyirsiniz?

Bu imkanı Sizə AccessBank-ın keçirdiyi tirajlı lotereya yaradacaq!

AccessBank 15 yaşı münasibəti ilə, müştərilərinə 8 ədəd Samsung Galaxy planşeti, 4 ədəd Apple IPhone 7 smartfonu və 2 ədəd Türkiyənin Antalya şəhərinə 2 nəfərlik səyahət vauçeri qazandıracaq "Bu yay üzünüzə güləcək!” adlı kampaniyaya başlayır.

Lotereyada iştirаk etmək üçün fiziki şəxslər AccessBank-dan əldə etdikləri Mastercard ödəniş kartı ilə 22 iyun – 20 avqust (daxil olmaqla) tarixləri ərzində ölkə ərazisində və xaricində yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə nağdsız əməliyyat etməlidirlər.

Lotereyada iştirak hüququ qazanmaq üçün qeyd olunan tarixlər arasında edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 AZN olmalıdır. Ümumi dəyəri 20 AZN olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak şansı qazandırır. Şansların sayı məhdudlaşdırılmır.

Lotereya 2 tirajdan ibarətdir və 22 iyun – 20 iyul (daxil olmaqla) tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar 31.07.2017-ci il tarixli tirajda, 2017-ci ilin 21 iyul – 20 avqust (daxil olmaqla) tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar isə 30.08.2017-ci il tarixli tirajda iştirak edəcək.

Rəqabətqabiliyyətliliyi ilə seçilən və geniş çeşiddə olan AccessBankın Mastercard ödəniş kartları vasitəsilə myAccess onlayn bankinq, SMS-məlumatlandırma, Card-to-Card, Cash by Code, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür.

Ödənişlərinizi AccessBank-ın Mastercard plastic kartları ilə edin bu yay üzünüzə gülsun!

Lotereyanın şərtləri haqqında ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, facebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol