• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə sahibkar və avtobus sürücüsü cəzalandırılıb

Bir neçə sahibkar və avtobus sürücüsü cəzalandırılıb
23.06.2017 17:00
Bakı Nəqliyyat Agentliyinin (BNA) son bir həftə ərzində keçirdiyi monitorinqlərin nəticəsi olaraq müvafiq tələblərin pozulması hallarına yol verən müntəzəm sərnişin daşıyıcıları və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.

BNA-dan "APA-Economics"ə verilən məlumata görə, 213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu isə "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar edilib.
 
Eyni zamanda 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün sürücünün izahatı alınıb və ona xəbərdarlıq edilib.
 
Qeyd edək ki, 150 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istehsalat bazalarının yarasız vəziyyətdə olması, sürücülər tərəfindən ciddi qayda pozuntularına yol verməsi hallarının çox olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, daşıyıcı qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasını təmin etməyib. Bütün bu hallar nəzərə alınaraq 150 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcının dəyişdirilməsi qərara alınıb.

Analoji qərar 148 nömrəli marşrut xətti ilə bağlı da qəbul edilib. Aparılan monitorinqlər zamanı bu marşrut xətti üzrə da avtobusların texniki baxımdan qoyulan tələblərə cavab vermədiyi müəyyən edilib.

Monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozmaqla sərnişinlərin həyatını təhlükəyə atan sürücülər də müəyyən edilib. Belə ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad edilib.
 
Agentlik bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol