Fransa neft və qaz hasilatına icazə verilməsini dayandırmaq niyyətindədir

Nikolya Yulo: Daha karbohidrogen kəşfiyyatı üçün lisenziya verilməyəcək.
Fransada neft və qaz hasilatının həyata keçirilməsinə icazə verən lisenziyaların verilməsinin qadağan olunması ilə bağlı qanun layihəsini təqdim etmək niyyətindədirlər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin ekologiya naziri Nikolya Yulo bildirib.
"Daha karbohidrogen kəşfiyyatı üçün lisenziya verilməyəcək. Payızda qanunvericiliyə dəyişiklik edəcəyik", - nazir deyib.
Daha əvvəl Fransa hökumətinin "Engie" enerji şirkətinin 4,1% səhmini 1,1 milyard avroya satdığı xəbəri yayılıb. Bu əməliyyatdan sonra dövlət səhmlərinin cəmi 28,7%-nə sahiblik edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























