Avtobusların hərəkətinə edilən dəyişiklik ləğv edilib

18 marsrut xetti uzre avtobuslarin hereketine edilen deyisiklik legv edilib
Bakıda keçirilən "Formula-1” Azərbaycan Qran-pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) "APA-Economics”ə verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.
"Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib”, - deyə məlumatda qeyd olunub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır