Bakıya gələn təyyarədə ERMƏNİ YEMƏKLƏRİ - VIDEO

Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Bakıya uçan təyyarədə ermənisayağı düyü ilə hind toyuğu verilib. Sərnişinlərdən biri buna etiraz edib.
Publika.az xəbər verir ki, bununla bağlı yayılan videogörüntülərdən etiraz edən sərnişinlə stüardessa arasında mübahisə yaşandığı məlum olur. Stüardüssa Bakıya uçan təyyarədə ermənisayağı düyü verilməsinə cavab verəcək şəxs olmasa da, məsələ ilə bağlı "Azərbaycan Hava Yolları” QSC ilə əlaqə saxladıq.
www.anews.az

Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Publika.az-a açıqlamasında bildirdi ki, məsələdən xəbərdardırlar və "Aeroflot" şirkətinə bununla bağlı etiraz məktubu göndəriləcək: "Məktubda şirkətin menyusunu dəyişdirməklə bağlı etiraz edəcəyik. Bir dəfə də aviaşirkətlərin biri ilə oxşar problem yaşanmışdı. Həmin şirkətin reyslərində sərnişinlərə təqdim edilən jurnalda Dağlıq Qarabağla bağlı səhvə yol verilmişdi. Bununla bağlı da müraciət etdik, səhv düzəldildi, jurnalın həmin sayı tamamilə toplandı. İnanırıq ki, bu dəfəki müraciətimiz də müsbət nəticə verəcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır