• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
30.06.2017 10:15
Azərbaycan nefti bahalaşmaqda davam edir.
 
Anews.az xəbər verir ki, "AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,52 dollar və ya 1,08% artaraq 48,49 dollar təşkil edib.

Azərbaycan nefti ilə paralel Brent və WTI markalı neft də bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar və ya 0,62% artaraq 45,21 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,61% artaraq 47,71 dollar olub.

Onu da qeyd edək ki, "Societe Generale” bu ay ikinci dəfə 2017-2018-ci illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu dəyişib. Bankın analitikləri iyunun əvvəlindən ikinci dəfə ABŞ, Liviya və Nigeriyada hasilatın artması fonunda cari və gələn il üzrə WTI və Brent markalı neftin qiyməti ilə bağlı proqnozu aşağı salıb.

Analitiklər hesab edir ki, 2017-ci ildə WTI markalı neftin 1 barelinin orta qiyməti 49,45 dollar (əvvəlki proqnoz 53,8), gələn il isə 51,5 dollar (57,5) təşkil edəcək.

Proqnoza əsasən, Brent markalı neftin 1 barelinin orta qiyməti bu il 52 dollar, gələn il isə 54 dollar olacaq. Bundan öncən proqnoz müvafiq olaraq 56,4 və 60 dollar idi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol