• $
  • €
  • ₽
  • ₺
  • £

Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının faydaları açıqlandı

Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının faydaları açıqlandı
30.06.2017 22:00
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstunlükləri və faydaları” adlı ictimai təqdimat keçirilib.

Anews.az xəbər verir ki, tədbirdə komitənin nümayəndələri, ictimai təşkilatlar, iri inşaat şirkətləri, rieltorlar, media nümayəndələri iştirak ediblər. Məqsəd qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın qabaqcadan qeydiyyatının geniş istifadəsinin təmin olunması, onun faydaları, üstünlükləri barədə vətəndaşların, tikinti şirkətlərinin, ictimaiyyətin məlumatlandırılması və onların maarifləndirilməsidir.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev daşınmaz əmlak bazarının, tikinti sektorunun daha da canlanmasını təmin edəcək qabaqcadan qeydiyyat mexanizminin üstünlüklərindən və faydalarından danışıb: "Qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tikilinin qeydiyyata alınmasıdır.

Daşınmaz əmlakı qabaqcadan qeydə aldırmanın bir sıra üstünlükləri var. Belə ki, qabaqcadan qeydiyyat bir mənzilin bir neçə şəxsə satılmasının qarşısının alınması üçun vacib mexanizmdir. Eyni zamanda, qabaqcadan qeydiyyat bir sıra iqtisadi və hüquqi əməliyyatların həyata keçirilməsini təmin edir. Bundan sonra tikintisi başa çatmamış daşınmaz əmlakla bağlı ipoteka, bağışlanma, girov qoyma kimi prosesləri yerinə yetirmək mümkündür.

Həmçinin mexanizm alınan mənzilin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır. Satılan mənzilin və ya obyektin həcminin, sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq hesablamasına imkan verir. Eyni zamanda, qabaqcadan qeydiyyat vətəndaşın aldığı mənzilə görə ödədiyi məbləğin rəsmi hesablanmasını təmin edir, bu sahədə vergidən yayınma hallarını aradan qaldırır. Bundan başqa, mexanizmin tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır”.

Məlum olub ki, Prezident İlham Əliyevin ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyışiklik edilməsi ilə bağlı 4 aprel 2017-ci il tarixində imzaladığı fərman daşınmaz əmlakın qabaqcadan qeydiyyatının artmasına imkan verəcək. Belə ki, dəyişikliyə əsasən, ipoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mümkün olacaq. Bu da vətəndaşlarda, mənzil-tikinti şirkətlərində qabaqcadan qeydiyyat mexanizminə marağı artıracaq.

Bildirilib ki, qabaqcadan qeydiyyatın aparılmasında məqsəd mənzillər üzərində fıziki və hüquqi şəxslərin hüquqlarının qabaqcadan qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının qorunmasını, əldə etdikləri və ya inşa etdikləri əmlakdan səmərəli istifadə etməsini, onlara maneəsiz sahiblik etməsini təmin etməkdir. Bundan başqa, alqı-satqı zamanı baş verə biləcək qanun pozuntularının aradan qaldırılması, bazarda leqal əmlakların sayının artırılması, vətəndaşların gələcəkdə daha operativ şəkildə çıxarışla təmin olunması da mexanizmin əsas vəzifələrindəndir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol