• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən “YouTube” istifadəçiləri üçün yeni internet paketləri

“Bakcell”dən “YouTube” istifadəçiləri üçün yeni internet paketləri
30.06.2017 16:40
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ən populyar video platformalarından biri olan "YouTube”dan istifadənin kütləviliyini nəzərə alaraq abunəçilər üçün eksklüziv "YouTube” internet paketini istifadəyə verib.

Təqdim olunan yeni məhsul sayəsində Bakcell abunəçiləri video izlədikləri zaman sərf edilən internet trafikinə və ya balansdakı vəsaitə qənaət edə biləcəklər.

"YouTube” internet paketlərinin trafikin həcminə uyğun olaraq aşağıda qeyd edilən iki növü var:

Paketlər Trafik həcmi Aktivləşdirmə kodu Qiymət

YouTube 1 2 GB *530*2000#YES 2 AZN

YouTube 2 5 GB *530*5000#YES 4 AZN

Paketin istifadə müddəti 7 gün təşkil edir. Bu müddət bitdikdən sonra İnternetdən istifadə üçün xidmət haqqı abunəçinin tarifinə uyğun olaraq balansdakı vəsaitdən və ya mövcud internet paketindən çıxılacaq.

Qeyd edək ki, abunəçi "YouTube” internet paketini digər internet paketləri ilə paralel qaydada istifadə edə bilər. Bu halda əsas adi internet paketindən "Youtube” istifadəsi üçün trafik çıxılmayacaq.

Bu yeni məhsulunun daha bir üstün cəhəti ondan ibarətdir ki, abunəçi balansındakı "YouTube” üçün nəzərdə tutulmuş trafiki "Wi-Fi Hotspot” vasitəsilə digər cihazlarla da paylaşa bilərlər.

Bütün qeyd edilənlərə əlavə olaraq, internet paketindən istifadə edən abunəçilər "Bakcell”in pulsuz Wi-Fi xidmətindən faydalana bilərlər. Bu xidmətdən bir çox yerdə: restoran, mehmanxana, kafe, park və hətta taksilərdə (189 Taksi xidməti) istifadə etmək mümkündür. "Bakcell”in pulsuz Wi-Fi xidməti barədə ətraflı məlumat üçün keçid: //www.bakcell.com/az/bakcell-wi-fi

Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş Bakcell gələcəkdə də ən innovativ mobil data məhsulları ilə abunəçilərini sevindirməyə davam edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol