• $
  • €
  • ₽
  • ₺
  • £

Anglo Asian Mining proqnozları optimistdir

Anglo Asian Mining  proqnozları optimistdir
02.07.2017 09:00
Londonda Anglo Asian Mining şirkətinin illik toplantısı keçirilib.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan "Anglo Asian Mining” şirkətinin bu gün Londonda illik yığıncağı keçirilib.

"Report” şirkətə istinadən xəbər verir ki, yığıncaqda şirkətin baş icraçı direktoru Reza Vəziri 2016-cı ildə mənfəətə dönüşdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, 2016-cı ildə şirkətin gəlirləri cüzi artaraq 70 mln. dollara çatıb: "Ötən il bir unsiya qızıl hasilatı üçün xərclər 2015-ci ildəki 858 dollardan 616 dollara düşüb. Bunun nəticəsində, şirkət vergidən öncə rekord miqdarda - 6,8 mln. dollar mənfəət əldə edib".

O qeyd edib ki, ötən ilin sonuna şirkətin borcu 14 mln. dollar azalaraq 35 mln. dollar təşkil edib.

R.Vəziri hasilat göstəricilərindən də danışaraq xatırladıb ki, 2016-cı ildə mis hasilatı əvvəlki illə müqayisədə 2 dəfə  artaraq 1 941 tona, gümüş hasilatı isə 5,8 dəfə artaraq 165 131 unsiyaya çatıb: "Ötən il 65 394 unsiya qızıl hasil edilib. Bir unsiya qızıl hasilatı üçün xərclər 616 dollar təşkil edib. Ötən il qızıl hər unsiyası orta hesabla 1 253 dollara satılıb. Bu mükəmməl maliyyə və hasilat göstəriciləri davamlılıq və xərclərin azaldılması üzrə uzunmüddətli planın uğurunu əks etdirir. Bu il üçün bu stategiyanın əsas elementləri açıq yataq ("Gədəbəy”) və "Qadir” yeratlı mədənindən hasilat və kəşfiyyat işlərini davam etdirmək, eyni zamanda yeni kəşf edilən "Uğur” qızıl yatağından hasilata başlamaqdır. Biz zavodlarda yeni konfiqurasiyanı nəzərdən keçiririk ki, bu da emal porsesində əlavə rahatlıq yaradacaq. 2017-ci ildə Gədəbəy rayonunda 64-72 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırdığımızı elan etmişik”.

Şirkət rəhbəri bu ilin qalan hissəsi və 2018-ci il üçün optimist olduqlarını da qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol