Rusiyadan kapital axını rekord həddə çatıb

Cari ilin fevral ayından etibarən Rusiyadan 1,6 mlrd. dollar həcmində kapital axını baş verib.
"APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, hesabat dövründə Rusiyadan Çinə 4 mlrd. dollar çıxarılıb.
Təkcə son həftə ərzində Rusiyaya oriyentasiya olunmuş fondlardan 83 mln. dollar həcmində kapital axını olub.
"Renessans Kapital" şirkəti yazır ki, hazırda müşahidə olunan kapital axınının tempi 2013-cü ildən etibarən rekord həddə çatıb: "İnvestorlar ABŞ-ın Federal Ehtiyat Sisteminin addımlarından narahatdır".
Qeyd edək ki, 2013-cü ilin 7 ayı ərzində Rusiyadan kapital axını 2,47 mlrd. dollar həcmində olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























