• $
  • €
  • ₽
  • ₺
  • £

Kasperki ABŞ Konqresində hesabat verməyə hazır olduğunu bəyan edib

Kasperki ABŞ Konqresində hesabat verməyə hazır olduğunu bəyan edib
03.07.2017 12:09
Dünyanın ən iri antivirus şirkətlərindən biri olan "Kaspersky Lab"ın təsisçisi və baş direktoru Yevgeni Kaspeski ABŞ hökumətinə şirkətin istehsalı olan proqramların yekun kodlarını təqdim etməyə hazır olduğunu bəyan edib.
 
"APA-Economics" xəbər verir ki, bu barədə Y. Kasperski "Associated Press" agentliyinə müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, yekun kodlarla tanışlıq proqramlarda casus elementlərinin olmadığını sübut etməyə kömək edəcək.
 
Bununla yanaşı, şirkət rəhbəri qeyd edib ki, "Kaspersky Lab" bəzi tədqiqat strukturlarını ABŞ ərazisinə köçürməyə hazırdır. Y. Kasperski ABŞ Konqresində hesabat verməyə hazır olduğunu da əlavə edib. "ABŞ hökumətinə lazımdırsa, biz yekun kodu açıqlamağa hazırıq. Mən şirkətimizin pis niyyətinin olmadığı sübut etmək üçün hər şeyə hazıram", - deyə şirkət rəhbəri qeyd edib.

Y. Kasperski deyib ki, bəzi məmurlar ona əməkdaşlıqla bağlı təklif verib və söhbət başqa sistemlərə müdaxilədən gedib. Şirkət rəhbəri söhbətin hansı ölkənin hökumətindən getdiyini açıqlamayıb, lakin qeyd edib ki, bunun rəsmi Moskva ilə əlaqəsi yoxdur. "Mən dərhal təklifi rədd etdim. Mən bu barədə ümumiyyətlə danışmaq istəmirəm", - deyə o bildirib.
 
Biznesmen onun və rəhbərlik etdiyi şirkətin Rusiya hökuməti və hüquq-mühafizə orqanları ilə əlaqələrinin olduğu barədə yayılan xəbərləri "boşboğazlıq" adlandırıb.  Bununla yanaşı, Y. Kasperski deyib ki, bu cür xəbərlərin yayılmasının əsas səbəbi rəqib şirkətlərin biznes maraqları ola bilər. "Bəziləri bizim uğurlarımızı həzm edə bilmir", - deyə o qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol