• $
  • €
  • ₽
  • ₺
  • £

Şəki-Zaqatalanın fındıq bağlarında xəstəlik yaranıb - FOTO

Şəki-Zaqatalanın fındıq bağlarında xəstəlik yaranıb - FOTO
03.07.2017 13:20
Bu ilin yaz aylarında hava şəraitinin qeyri-sabit keçməsi, nisbi rütubətin çoxluğu və intensiv yağan yağışlar nəticəsində Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında unlu şeh xəstəliyinin inkişaf etməsinə əlverişli şərait yaranıb.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının əməkdaşlarının fermerlərə verdiyi tövsiyələr əsasında bu günə qədər unlu şeh xəstəliyinə qarşı 465 hektar, fındıq uzunburun böcəyinə qarşı isə 231 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kimyəvi mübarizə zamanı kükürd, tiovit-djet və topaz fungisidlərindən istifadə olunub.

Qeyd edək ki, unlu şeh xəstəliyini "Phyllactinia guttata” göbələyi törədir. Göbələk bitkilərin yarapaqlarını zədələyir və una oxşar örtük əmələ gətirir. Örtük yarpağın alt səthində əvvəlcə zəif, sonra isə sıx olur. Xəstəlik bitkilərin birillik budaqlarını daha cox zədələyir. Unlu şeh xəstəliyinə tutulmuş yarpaqlar saralıb quruyur və vaxtsız tökülür. Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarında maddələr mübadiləsi pozulur, bitkinin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür və keyfiyyəti pisləşir.

Unlu şeh xəstəliyinə qarşı əsas mübarizəni təşkil etmək üçün ilk növbədə yerə tökülmüş yarpaqları yığaraq məhv etməli, bitkilərin vegetasiya dövründə xəstəliyə qarşı 1%-li kolloid kükürdün suspenziyası və ya 1%-li əhəng kükürd həlimi ilə 2-3 dəfə çiləmə aparılmalıdır. Birinci çiləmə xəstəliyin yenicə əmələ gəlmə dövründə, ikinci və üçüncü çiləmələr isə hər 12-15 gündən bir təkrarlanmalıdır. Bundan başqa, xəstəliyə qarşı tiovit djet (3-8 kq /ha), topaz (0,4 l/ha), kvadris (0,4-0.6 l/ha), almaz (0,3-0,5 l/ ha) və fundazol (1.0 kq/ha) fungisidlərinin birindən istifadə etmək lazımdır.

Dövlət Fitosanitar Nəzarəti Xidməti hava şəraitinin əlverişli olduğunu nəzərə alaraq, fermerlər tərəfindən fındıq bağlarında unlu şeh xəstəliyinə qarşı mübarizə tədbirlərinin davam etdirilməsini məqsədəuyğun hesab edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol