• $
  • €
  • ₽
  • ₺
  • £

DB: Pilot layihələrin icrası Azərbaycanda icbari tibbi sığortanın tətbiqini təkmilləşdirəcək - FOTO

DB: Pilot layihələrin icrası Azərbaycanda icbari tibbi sığortanın tətbiqini təkmilləşdirəcək - FOTO
05.07.2017 17:40
Yevlax və Mingəçevirdə pilot layihələrin icrası Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesini təkmilləşdirəcək.

Trend-in məlumatına görə, bunu bu gün Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə pilot ərazilərdəki tibb müəssisələrində - Yevlax rayon Mərkəzi Xəstəxanasında, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və Yevlax rayonu Xaldan Ailə Sağlamlıq Mərkəzində olarkən deyib.

DB nümayəndələrinə pilot tibb müəssisələrində görülən işlər haqqında geniş məlumat verilib.

Bildirilib ki, Yevlax rayonunda və Mingəçevir şəhərində Ailə Sağlamlıq Mərkəzləri yaradılıb. Mərkəzi Xəstəxanaların nəzdində xəstələri operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan "çeşidləmə” ("triaj”) sistemi qurulub. Nümayəndələr 24 saat ərzində xidmət göstərən laboratoriyaların təkmilləşdirilmiş fəaliyyət prosesi ilə tanış olublar. Laboratoriyalarda quraşdırılan müasir tibbi avadanlıqlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizlərini də həyata keçirməyə imkan verir.

DB-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri N.Naqvi icbari tibbi sığorta sisteminin səhiyyə xidmətlərinin əlçatanlığının və keyfiyyətinin təmin edilməsinin əsas elementi olduğunu və onun bütün Azərbaycan vətəndaşları üçün vacib olmasını diqqətə çatdırıb. O bildirib ki, DB səhiyyə sisteminin müxtəlif maliyyələşdirmə imkanlarının tədqiq olunmasında Agentliklə sıx əməkdaşlıq edib və bu əməkdaşlığı davam etdirməyi planlaşdırır. N.Naqvi Yevlax və Mingəçevirdə pilot layihələrin icrasının Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesinin təkmilləşməsinə və onun daha geniş miqyasda tətbiq olunmasına təkan verəcəyinə umidvar olduğunu qeyd edib.

DB ​Azərbaycan və digər postsovet ölkələri​ ilə səhiyyə sistem​lər​i​nin yenidənqurulması məqsədilə ​sıx əməkdaşlıq edib. Bu ölkələrdə səhiyyə xidmətlərinin təkmilləşdirilməsi​, bazar iqtisadiyyatına uyğunlaşdırılmış səhiyyə iqtisadiyyatının əsasının qoyulmasında və tibbi xidmətlərin keyfiyyəti​nə nəzarət sistem​lərinin qurulmasında yardımçı olub. ​Eyni zamanda, DB bir çox ölkələrdə İTS sisteminin qurulması üçün texniki dəstək göstərir.

Agentliyin direktoru Zaur Əliyev bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyət planının hazırlanmasına dəstək məqsədilə DB Azərbaycana ekspertlər dəvət edib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi zamanı beynəlxalq təcrübənin öyrənilməsi üçün gələcəkdə də DB ilə sıx əməkdaşlıq edilməsi nəzərdə tutulub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol