• $
  • €
  • ₽
  • ₺
  • £

Professor: "Çin dünyanı resessiyaya yoluxdura bilər"

Professor: "Çin dünyanı resessiyaya yoluxdura bilər"
06.07.2017 19:20
Kennet Roqof: Çindəki yüksək borc səviyyəsi region üçün təhlükədir.

"Çindən bütün region asılıdır. Buna görə də düşünürəm ki, Çindən iqtisadi resessiyanın yayılmasını müşahidə edə bilərik". "Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuya Fondunun (IMF) keçmiş baş iqtisadçısı, Harvard Universitetinin professoru Kennet Roqof (Kenneth Rogoff) "CNBC" telekanalına müsahibəsində bildirib.

Professor bildirib ki, Çindəki yüksək borc səviyyəsi ciddi problemdir və hər hansı bir böhran zamanı digər ölkələrə toxuna bilər: "Əgər dünyada hamıya ciddi təsir edə biləcək həssas bir ölkə varsa, o da Çindir. Onlar hazırda iqtisadi artımı kreditləşdirməni artırmaqla dəstəkləyir. İxracyönümlü iqtisadiyyat daxili istehlaka yönələn iqtisadiyyata keçir. Bu isə bir sıra problemlərə səbəb ola bilər. Belə ki, dövlətin maliyyəsi ilə dəstəklənən iqtisadiyyat aktivlərin qiymətinin şişməsinə gətirib çıxarır. Bunun kəsilməsi isə iqtisadi artımın dayanmasına səbəb olacaq".

Qeyd edək ki, "Moody's" beynəlxalq reytinq agentliyi Çinin müstəqil reytinqini may ayında "A1" səviyyəsindən "Aa3" səviyyəsinə endirib. Buna səbəb kimi Agentlik Çinin kreditləşməni davam etdirməsinə və iqtisadi artım templərini qorumasına şübhə ilə yanaşdığını göstərir.

Yaponiyanın "Nomura" broker xidmətləri şirkətinin hesabatına görə, Çinin qeyri-maliyyə sektorunun borcu bu ilin ilk rübündə 191,3 trln. yuana (27,96 trln. ABŞ dolları) və ya ÜDM-in 251%-nə çatıb. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yekununda bu göstərici 158,3 trln. yuan (25,1 trln. dollar) və ya ÜDM-in 231%-nə bərabər olub.

"Moody's" həmçinin Çinin hazırda ÜDM-in 3%-nə bərabər olan dövlət borcunun 2018-ci ildə 40%-ə, 2020-ci ildə isə 45%-ə yüksələcəyini proqnozlaşdırır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol