Səfir: "Maliyyələşmə payızadək həll olunacaq"

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranda Rəşt-Astara dəmir yolunun tikintisinin maliyyələşdirilməsi məsələsi yaxın iki ay ərzində həll olunacaq".
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı əlaqələndirməyi, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyi nəzərdə tutur. Birinci mərhələdə bu dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük nəqli planlaşdırılır.
Rəşt-Astara hissəsinin tikintisi İrana 1,1 milyard dollara başa gələcək. Bu vəsaitin bir hissəsinin - 500 milyon dolların Azərbaycan hökumətindən kredit qismində cəlb edilməsi nəzərdə tutulur.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır