• $
  • €
  • ₽
  • ₺
  • £

23 min 500 manata hərraca çıxarıldı, 151 min manata satıldı

23 min 500 manata hərraca çıxarıldı, 151 min manata satıldı
12.07.2017 12:00
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.

anews.az xəbər verir ki, hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir.  

Hərracda Bakı  şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi sahibini tapıb. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir sahəsinə aid olub. 

Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nəsimi, Pirallahı, Qaradağ rayonlarında, regionlardan isə Sumqayıt, Lənkəran, Cəlilabad və Oğuzda yerləşir. 

Əvvəlki hərraclarda olduğu kimi, bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə ictimai maraq kifayət qədər böyük olub. Hərraca çıxarılan 1 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi investorlar arasında rəqabət yaradıb.

Bakının Qaradağ rayonunda yerləşən 60 saylı mağaza hərraca çıxarılan ilkin qiymətinin 6 misli qədər daha yüksək qiymətə özəlləşdirilib. Belə ki, 23 min 500 manata təqdim olunan kiçik dövlət müəssisəsinə 151 min manat təklif edilib. Həmçinin paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 57,7 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin start qiyməti 100 min manat olsa da, 162 min manata sahibini tapıb.

Digər rəqabətli şəkildə özəlləşən əmlak Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, ümumi faydalı sahəsi 28,2 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin qiyməti hərracda 3 min 500 manatdan 9 min manatadək artıb. 

Bu isə özəlləşdirmə prosesində şəffaflığın artmasının, elektron xidmətə keçidin daha da genişləndirilməsinin, investorlar üçün hərraca kifayət qədər maraqlı əmlakların  çıxarılmasının nəticəsidir. Eyni zamanda, özəlləşmə, hərraclarla bağlı geniş ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması, televiziya kanallarında məlumat xarakterli video-çarxların nümayiş olunması da özəlləşmə prosesinin sürətlənməsinə, hərraclara olan marağın artmasına səbəb olub.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan Bakının Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 28,8 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsini və Sabunçu rayonunda yerləşən 37 saylı mağazanı göstərmək olar.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol