• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I yarımillikdə 8% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I yarımillikdə 8% artıb
29.05.2020 08:41
Bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının 54%-i fərdi sahibkarlar tərəfindən satılıbю

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların ümumi dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8% üstələyərək 16,2 mlrd. manata bərabər olub. Bu barədə "Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Ticarət dövriyyəsinin 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1% və 2,5% üstələyib.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
 
Məhsul qruplarının adları Satışdan gəlir, mln. manat 2016-cı ilin yanvar-iyun 
aylarına nisbətən, %
Pərakəndə ticarət dövriyyəsi 16 182,9 101,8
o cümlədən: ərzaq məhsulları 7 284,0 101,1
içkilər və tütün məmulatları 816,1 100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 923,7 103,0
elektrik malları və mebellər 948,0 102,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 118,0 101,9
əczaçılıq və tibbi mallar 219,2 101,7
avtomobil yanacağı 781,7 99,7
digər qeyri-ərzaq məhsulları 3 092,2 103,2
 
Cari ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45%-i ərzaq məhsulları, 5,1%-i içkilər və tütün məmulatları, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabılar, 5,9%-i elektrik malları və mebel, 4,8%-i avtomobil yanacağı, 1,3%-i əczaçılıq və tibbi malları, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 19,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının 11,4%-i ticarət müəssisələri, 54,0%-i fərdi sahibkarlar tərəfindən, 34,6%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,2%, fərdi sahibkarlar üzrə 2,3%, bazar və yarmarkalar üzrə 0,2% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 277,8 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 38,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,8 manatlıq qeyri-ərzaq məhsulları alıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol