• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın daha bir gəmisi beynəlxalq sularda üzməyə başlayıb

Azərbaycanın daha bir gəmisi beynəlxalq sularda üzməyə başlayıb
14.07.2017 20:00
"Professor Əziz Əliyev” tankeri Tuapse limanından Bolqarıstana doğru yol alıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) "Professor Əziz Əliyev” adında daha bir gəmini Xəzərdən kənarda istismar edəcək.

Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, gəmi Rusiyanın Nijni Novqorod şəhərində tikilib. Ən son tələblərə cavab verən tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 141, eni 16,7, suya oturumu 4,2, bortun hündürlüyü 6 metrdir.

"Qara dəniz, Azov dənizi, Aralıq dənizi hövzələrində yükdaşıma əməliyyatları zamanı istismar olunacaq "Professor Əziz Əliyev” gəmisinin 14 nəfərlik bütün heyəti azərbaycanlılardan ibarətdir. Rusiya Təsnifat Cəmiyyətinin nəzarəti altında tikilən və istismar ediləcək gəminin təhlükəsiz idarəetmə sistemi isə Amerikanın "ABS” (Amerika Gəmiçilik Bürosu) şirkətinə məxsusdur", - deyə xəbərdə bildirilib.

Bununla belə, tankerin fəaliyyətinə Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmaq üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ötən il Türkiyədə təsis etdiyi "Casptankers” şirkəti nəzarət edəcək.

"Professor Əziz Əliyev” gəmisi artıq ilk səfərini edib. Bu gün tanker Tuapse limanından Bolqarıstana doğru yol alıb.

Xatırladaq ki, "Professor Əziz Əliyev” gəmisi AXDG-nin uzun fasilədən sonra Qara dənizdə istismar etdiyi ilk tankerdir. İndiyədək Gəmiçiliyin xarici sularda üzən 10 gəmisi quru yüklər daşıyırdı. Gəmiçiliyin xarici sularda fəaliyyəti uzun müddətdən sonra 2014-cü ildə "Üzeyir Hacıbəyli” və "Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol