• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən çox gözlənilən premyerasını AZERCELL-lə izlə!

Dünyanın ən çox gözlənilən premyerasını AZERCELL-lə izlə!
14.07.2017 13:45
Azercell abunəçiləri "Taxt oyunları” ("Game of Thrones”) serialının yeni mövsümünün premyerasını seyr edə biləcəklər

Azercell öz abunəçilərinə dünyanın ən məşhur seriallarını yüksək keyfiyyətlə və nümayiş günü izləmək imkanını verir. Azercell-in partnyorları olan KATV1 və Mobisky-ın dəstəyi ilə yaradılan www.kinoserial.az saytında abunəçilər HBO, Showtime, CBS, FOX kimi studiyaların təqdim etdiyi məşhur seriallara premyera günündə baxa biləcəklər.

Kinoserial layihəsinə dünya üzrə ən çox baxılan seriallar daxildir. Bunlar arasında HBO, Showtime, CBS, FOX, BBC, Netflix, Starz, Sky, Sony Pictures və digər studiyaların təqdim etdiyi filmlər yer alır. Kinoserial paketində hər janrda – romantik, qorxu, triller, fantastika və digər növ serialları tapmaq olar. Burada ilin gözlənilən premyeralarını, həmçinin mövsümün bütün bölümlərini kəsintisiz izləmək mümkündür.

17 iyul tarixində istifadəyə veriləcək "Azercell+Video” xidməti vasitəsilə Azercell abunəçiləri bütün dünya seyrçiləri ilə birlikdə məşhur "Taxt Oyunları” serialının çoxdandır gözlənilən 7-ci mövsümünün beynəlxalq premyerasını izləyə biləcəklər.

Dünyanın ən yaxşı seriallarını izləmək üçün www.kinoserial.az saytına daxil olub, mobil nömrə ilə qeydiyyatdan keçmək lazımdır. Xidmətdən gündəlik istifadə haqqı cəmi 0.33 AZN təşkil edir. Azercell abunəliyi sayəsində hər gün istənilən sayda filmi izləmək olar.

Xidmətin üstünlüyü həm də ondan ibarətdir ki, tamaşaçı serialları özünə uyğun vaxtda, yüksək keyfiyyətli görüntü və reklam fasiləsi olmadan izləyə biləcək. Bununla serialın hansısa kanalda

nümayişini gözləməyə ehtiyac qalmayacaq. Digər tərəfdən, abunəçilər istənilən yerdə asanlıqla sevimli seriallarını smartfon, planşet və ya kompüterdən günün istənilən saatında izləyə biləcəklər. Bunun üçün sadəcə internet və Azercell nömrəsinin olması kifayətdir.

Məlumat üçün qeyd edək ki, kinoserial.az saytında artıq "Taxt Oyunları”, "Amerikan qorxu əhvalatları”, "Gənc Papa”, "Sevgililər”, "Yeddi ölümcül günah”, "Vəhşi Qərbin dünyası”, "Yaxşı mübarizə” və digər serialların nümayişi təşkil olunur. Hazırda seriallar rus və ingilis dillərində təqdim edilir. Bir çox serialın isə ilin sonuna qədər Azərbaycan dilinə dublyaj ediləcəyi gözlənilir.

Kinosevərlər "Azercell+Video” xidməti çərçivəsində dünyanın aparıcı studiyalarının təqdim etdiyi televiziya hitlərini izləməklə daim öndə olacaqlar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol