• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ-92 markalı benzinin qiyməti 28,6% artdı

Aİ-92 markalı benzinin qiyməti 28,6% artdı
15.07.2017 16:40
Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

anews.az caspianbarrel.org-a istinadən xəbər verir ki, Tarif Şurasının çıxardığı qərara əsasən,  Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla $0,53) müəyyənləşdirilib.

Əvvəllər bu göstərici 0,70 AZN idi. Beləliklə, qiymət artımı 28,57% təşkil edib.

Bəs Tarif Şurası hansı səbəblərdən benzin qiymətinin artımına qərar verib?

- ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması;

- ekoloji mühitin yaxşılaşdırılması;

- artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi;

- neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi;

- ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər;

- artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması;

- benzin ixracından xarici valyuta gəlirlərinin azalması.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.

Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol