• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF bu il Mərkəzi Banka 2,4 mlrd. manat transfert edib

ARDNF bu il Mərkəzi Banka 2,4 mlrd. manat transfert edib
17.07.2017 11:30
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərcləri 98,4 mln. manat təşkil edib.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2017-ci ilin yanvar-iyun ayları ərzində 6 127,2 mln. manat, büdcə xərcləri isə 5 533,8 mln. manat təşkil edib.

Fonddan "Report”a verilən məlumata görə, hesabat dövründə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 458,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 443,1 mln.manat, bonus ödənişləri 2,4 mln.manat, akrhesabı ödənişlər 3,6 mln. manat, tranzit gəlirləri 9,7 mln.manat təşkil edib.

Bu ilin ilk yarısında ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 mln.manata bərabər olub.

Hesabat dövrü ərzində Fondun 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 991,0 mln.manat dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 mln. manat vəsait ayrılıb. Birinci yarımillikdə 4,7 mln.manat Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. Hesabat dövründə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 9,2 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərcləri 98,4 mln. manat təşkil edib. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol