• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədi-Novxanı-Corat yolu genişlənir– VİDEO

Binəqədi-Novxanı-Corat yolu genişlənir– VİDEO
17.07.2017 16:20
Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, yol boyu son tamamlanma işləri görülür.

anews.az "Azəravtoyol” ASC-yə istinadən verdiyi məlumata görə, avtomobil yolunun  7-9 metr arası dəyişən eni 12 metrə qədər genişləndirilib.

Yol 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarətdir.

14 km uzunluğunda olan avtomobil yolunun 8 km-lik Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq tam şəkildə yenidən qurularaq sürücülərin istifadəsinə verilib.

Ümumilikdə yolun sözügedən hissəsinin təqribən 100 min m2 sahəsinə 2 və 3 qat olmaqla, yeni asfalt-beton örtük döşənib, zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 km-lik hissəsində aparılan təmir-tikinti işləri isə son mərhələdədir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol yatağının bərkitmə işləri aparılıb. Bundan öncə isə bu hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılaraq yekunlaşdırılıb.

Hazırda ərazi boyu piyada səkilərinin tikintisi, yeni səki daşlarının düzülməsi və asfalt-beton örtüyünün sonuncu layının döşənməsi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə layihə boyu 150 min m2-dan çox əraziyə 2 və 3 qat olmaqla, yeni asfalt-beton örtük döşənəcək.

Layihə çərçivəsində yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa, Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurularaq eni 7 m-dən 12.5 m-ə qədər genişləndirilib, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün bir-neçə yerdə xüsusi boruların quraşdırılması işləri aparılıb.

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol