• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə 17 kəndi birləşdirən yol yenidən qurulur – FOTO

Bərdədə 17 kəndi birləşdirən yol yenidən qurulur – FOTO
18.07.2017 23:55
Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən, Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd – Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.

Azəravtoyol ASC-dən Oxu.Az-a verilən məlumata görə, uzunluğu 25 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub.  

Əvvəllər torpaq və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaranırdı. Yolun yenidən qurulması ilə problemlər tam olaraq aradan qaldırılıb. 

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülüb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılıb. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.         

Daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat olmaqla, 10 sm qalınlığında 150 min m2 yeni asfalt-beton örtüyü döşənib. 

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 2  yerdə 1000 mm diametrində ümumi uzunluğu 12 metr olan dəmir-beton borular və ümumi uzunluqları 360 m olan 30 ədəd dəmir suötürücü borular quraşdırılıb.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə 132 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Bərdə rayonu Yeni Daşkənd – Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşlarının gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Yeni yolun tikintisi yol boyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına da səbəb olacaq.
 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol