• $
  • €
  • ₽
  • ₺
  • £

Kreditorlar Beynəlxlaq bankın restrukturizasiyasını dəstəklədi

Kreditorlar Beynəlxlaq bankın restrukturizasiyasını dəstəklədi
18.07.2017 16:03
Azərbaycan Beynəlxalq Bankı öhdəliklərinin könüllü restrukturizasiyası planının kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunduğunu elan edib.

Yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94.1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93.9%-i planın lehinə səs verib. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı və Nəsimi rayon məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.

Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara  bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək.  

Azərbaycan hökuməti bu prosesi bankın müəyyən xarici valyutada olan öhdəliklərinin birbaşa dövlət borcuna aid edilməsi yolu ilə dəstəkləyir. Nəticədə Azərbaycanın yüksək suveren reytinqlərini nəzərə alaraq xarici kreditorlar daha etibarlı və yüksək kredit qabiliyyətli maliyyə alətləri əldə etmiş olurlar.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov səsvermənin nəticələri ilə bağlı bildirib: "Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır”.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı əlavə edib: "Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin restrukturizasiya planının xarici kreditorların mütləq əksəriyyəti tərəfindən qəbulu Azərbaycanın bank-maliyyə sektorunun inkişafı üçün çox mühim addımdır. Palata əmindir ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın maliyyə sistemindəki önəmli rolunu bundan sonra da davam etdirəcək”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol