Azərbaycan Türkiyəyə yatırımlarını 20 mlrd. dollara çatdıracaq

"2020-ci ilədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 mlrd. dollar yatırmağı planlaşdırır”.
anews.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Selçuk Akat bildirib.
"Petkim Petrokimya Holding A.Ş.”-nin əsas səhmdarı olan SOCAR Türkiyəyə yatıracağı investisiyaların həcmi ilə bağlı hədəfini 18 mlrd. dollardan 19,5 mlrd. dollara çatdırdığı halda, demək olar ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 2020-ci ilədək 20 mlrd. dollar yatıracaq. Əlbəttə, bu yatırımların əksəriyyəti SOCAR-ın payına düşəcək. SOCAR İzmirin Aliağa qəsəbəsinə 17 mlrd. dollar yatırmaq niyyətindədir”, - deyə o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























