AÇG layihəsindən ARDNF-ə 125 mlrd. dollardan çox vəsait daxil olub

I yarımillikdə 3,106 mlrd. dollar məbləğində vəsait daxil olub.
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 3,106 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.
Bu barədə "Report"a Neft Fondundan bildirilib.
Ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu il iyulun 1-nə qədər ARDNF-ə daxilolmaların həcmi 125,215 mlrd. dollar təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























