• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Hava Limanı ən yüksək göstəriciyə nail olub

Bakının Hava Limanı ən yüksək göstəriciyə nail olub
24.07.2017 10:23
Heydər Əliyev Beynəlxalq Hava Limanı 2017-ci ilin yanvar-iyun ayları ərzində 1,69 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 31 faiz çoxdur. Təkcə iyun ayında 322 min nəfərə xidmət göstərilmişdir ki, bu da ilk dəfə olaraq 2014-cü ildən bəri sərnişinlərin ümumi sayına görə və 2012-ci ildən bəri isə artım göstəricisinə görə ən böyük rəqəmdir. 
 
Cari ilin birinci yarısında "Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 960 min sərnişin düşmüşdür ki, bunun da 252 min nəfəri daxili reyslərlə daşınmışdır.
 
Sərnişinlərin 85 faizi (1 milyon 438 min nəfər) beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Hava limanının beynəlxalq daşımalarının 49,2 faizi AZAL-ın, 50,8 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.
 
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanından 50 müxtəlif şəhərin 53 hava limanına reyslər yerinə yetirilir.
 
İyun ayında Rusiyanın "IRAERO” aviaşirkəti Krasnoyarsk şəhərindən Bakıya uçuşlar yerinə yetirməyə başlamışdır. Cari ilin sentyabr ayından Azərbaycan aşağı büdcəli aviaşirkəti "Buta Airways”in uçuşları gözlənilir.
 
Qeyd edək ki, bu ilin iyul ayından etibarən "FlyDubai” aviaşirkəti Qəbələ hava limanına müntəzəm reyslər yerinə yetirməyə başlamışdır.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
 
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.
 
Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol