• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlanılıb

Azercell-dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlanılıb
24.07.2017 18:30
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi "Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başlayıb. Proqram çərçivəsində 170 müraciət qeydə alınıb və imtahanlardan uğurla keçən 50 məktəbli layihədə iştirak etmək hüququ qazanıb. Məktəblilər üçün nəzərdə tutulan "Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edir. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilir. 

Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verir. Eyni zamanda 17-21 iyul tarixlərində Mərkəzi bankla birlikdə uşaqlar üçün "Sahibkarlıq və startup nədir?” mövzusunda info sessiya da təşkil edilib. Tədbirdə uşaqlara Sahibkarlıq və Startuplar barəsində məlumat verilib. Həmçinin Barama mərkəzinin  uğurlu startapçıları – "Technote” media platformasının təsisçisi Fərid Pərdəşünas və "Wake Me Up” layihəsinin rəhbəri Şahin Xəlilov öz layihələrini təqdim edərək, uşaqlara sahibkar olmağın sirrlərindən danışıblar.

Əlavə olaraq görüş iştirakçıları maraqlı tapşırıqları yerinə yetirərkən öz ideyalarını da təqdim ediblər. Sonda yay məktəbinin iştirakçıları sertifikatlarla təltif olunublar.​ 

Məlumat üçün bildirək ki, "Coding Kids – Summer IT School” layihəsi 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulub. Dərslər həftədə 2 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən ödənişsiz aparılır. 
 








www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol