690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin birinci yarımili ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib.
anews.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Bu dövrdə verilən güzəştli kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı qəsəbələrinin payına düşür. İndiyədək isə 33,5 mindən çox sahibkarın ümumi investisiya dəyəri 4 mlrd. manatdan çox olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manatdan çox güzəştli kredit verilmişdir.
2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 mln. manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























