• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 12% artıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 12% artıb
25.07.2017 21:30
Ticarət dövriyyəsinin mənfi saldosu isə illik müqayisədə 23% azalıb.

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 12,23% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 1 456,8 mln. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycandan MDB ölkələrinə ixrac illik 49,93% artaraq 469,1 mln. dollara yüksəlib. Bu müddətdə idxalın həcmi 0,26% artaraq 987,7 mln. dollar olub. MDB ölkələrinin xüsusi çəkisi məcmu ixracda 8,90%, idxalda isə 28,97% təşkil edib.

Beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu illik 23% azalaraq cari ilin birinci yarısında 518,5 mln. dollara düşüb.

MDB ölkələrinə ixracın 62%-i və ya 289,8 mln. dolları, idxalın isə 67%-i və ya 661,5 mln. dolları Rusiyanın payına düşüb. Rusiyaya ixrac həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,94% artım, idxalda isə 10,95% azalma müşahidə olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan 171 ölkə ilə 8 678,4 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol