• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkət planlarını açıqlayıb

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkət planlarını açıqlayıb
25.07.2017 22:30
Plana uyğun olaraq, bu ilin IV rübündə "Uğur” qızıl yatağından hasilata başlanması gözlənilir.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti ötən il Gədəbəy rayonu ərazisində kəşf olunan "Uğur” qızıl yatağı və hasilatı aparılan mədənlərlə bağlı planlarını açıqlayıb.

"Report”un şirkətə istinadən verdiyi xəbərə görə, plana uyğun olaraq bu ilin IV rübündə "Uğur” qızıl yatağından hasilata başlanması gözlənilir.

Şirkət mineral və filiz ehtiyatı hesabatının bu ilin III rübündə tamamlanmasına imkan verən əsas və tərs dövriyyə qazma və təhlil işlərini tamamlayıb. Məlumata görə, ətraf mühitə təsirin qiymətləndirilməsi işləri də yekunlaşıb.

İlkin hesablamalar göstərir ki, "Uğur” yatağında 195 min unsiya qızıl ehtiyatı elan edilə bilər. Torpağın üst qatının ilkin qazma işlərinə iyulun sonunda başlanacaq.

Şirkətdən digər qızıl yataqları ilə bağlı qeyd olunub ki, "Gədəbəy” yatağının daha geniş tədqiqi planlaşdırılır. Hazırda burada 61 tərs dövriyyə çuxuru üzrə işlər davam edir, iki özək qazma çuxuru isə tamamlanıb.

Şirkətdən bildirilib ki, "Qadir” yeraltı mədəni arasındakı tunel ilə "Gədəbəy” açıq yatağının aşağıya doğru uzantısının 465 metrindən 216 metri tamamlanıb.
Şirkətin 2017-ci il üzrə strategiyasının ilin IV rübündən başlayaraq hasilata müsbət təsir göstərəcəyi qeyd olunub. Bu rübdə şirkətin "Qadir” və "Qoşa” mədənlərindən hasilata yenidən başlayacağı da gözlənilir.
Qeyd edək ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. 

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

"Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən "Qadir” və "Gədəbəy” yatağından 50 km aralıdakı "Qoşa” yeraltı mədənlərində hasilatla məşğuldur.

Bu il şirkət Gədəbəydə geniş kəşfiyyat və hasilatın optimallaşdırılması işləri həyata keçirir. Bu çərçivədə "Gədəbəy" açıq mədənində may ayından başlayaraq hasilat azaldılıb və bu azalma ilin sonuna qədər davam edəcək.

"Qadir” yeraltı mədənində də qazma aparılması üçün bu ilin fevral ayında filiz hasilatı dayandırılıb.

"Gədəbəy” açıq mədənində tam hasilatın 2018-ci ilin əvvəlində bərpa olunması gözlənilir.

"Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq "Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol