• $
  • €
  • ₽
  • ₺
  • £

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi
26.07.2017 10:24
Moody's Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) "b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə "Ba3” səviyyəsində təsdiqlənərək, dəyişilməz olaraq saxlanılıb.

Kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Hesabatda həmçinin qeyd olunur ki, Kapital Bank-ın gəlirliyi eyni səviyyədə olan qlobal həmkarları ilə bərabərdir və ölkə daxili rəqiblərindən daha yüksəkdir.

"Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində Kapital Bank mənfəətlik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2017-ci il tarixinə qədər Bankın kapital yetərliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına, büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə Bankın kredit verməsi, mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə Kapital Bank-ın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir”, - deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, Kapital Bank maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2016-cı ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri il ərzində 53,3% artaraq, 3,1 mlrd. manat, müştərilərə verilən kreditlər 9,1% artaraq 1,3 mlrd. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30% artaraq 593,6 mln. manat olub. Bankın xalis mənfəəti 52,4 mln. manat, nizamnamə kapitalı 185,8 mln. manat, məcmu kapitalı 282,1 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol