• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan alimləri Astanada konfrans keçirəcək

Azərbaycan alimləri Astanada  konfrans keçirəcək
26.07.2017 18:21
Onlar bununla öz layihələrinə sərmayə cəlb etməyə ümid edirlər.

Bu gün Qazaxıstanın paytaxtı Astanada azərbaycanlı alimlər "Enerji, həyat və elm" adlı konfrans keçirəcəklər. "Report"un "24.kz" saytına istinadən verdiyi məlumata görə, tədbir Astanada keçirilən beynəlxalq "EXPO-2017" sərgisi çərçivəsində təşkil ediləcək.

Tədqiqatçılar bu iri beynəlxalq tədbiri keçirməklə, öz layihələrinə mümkün qədər daha çox sərmayə cəlb etmək niyyətindədirlər. Alimlər əsasən alternativ enerjinin yeni növləri və onların əldə edilmə yollarını təqdim edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evinin direktoru Nuridə Quliyeva bildirib ki, elmi konfrans zamanı azərbaycanlı alimlərin qaz hidratları sahəsində nailiyyətləri təqdim olunacaq: "Digər təqdimatımız biomühərrik yanacağının əldə ediıməsi üçün bioresurslardan istifadəyə həsr olunacaq. 

Bundan başqa, günəş enerjisinin əldə edilməsinin də yeni yollarını təqdim edəcəyik. EXPO-nun keçirilməsi Qazaxıstan üçün böyük nailiyyətdir".

AMEA-nın akademik-katibi Nazim Məmmədov isə əlavə edib ki, əl altında olan istənilən əşya üçün münasib texnologiya seçməklə, onu enerjiyə çevirmək mümkündür: "Əslində, bizi əhatə edən hər şey enerjidir. Bu texnologiyanın nə dərəcədə gəlirli olması, nə qədər sadə və bəşəriyyət üçün əlçatan olması məsələnin digər tərəfidir. Milan və Astanadakı EXPO-lar gələcəyə baxmağa və ən mühüm məqsədə nail olmaq - bütün bəşəriyyətin enerji ilə təmin olunması üçün daha doğru yollar tapmağa kömək edir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol