Qazaxıstan ABB ilə bağlı üç variantdan birini seçdi

Qazaxıstan Mərkəzi Bankı (QMB) Azərbaycan Beynəlxalq Bankının (ABB) Qazaxıstan Vahid Pensiya Yığım Fondunun ABB-nin qiymətli kağızlarına yatırdığı 250 mln. dollarlıq investisiyasının daxil olduğu uzunmüddətli öhdəliklərin könüllü restruktizasiyası ilə bağlı səsvermənin nəticələrini elan edib.
QMB hökumətlə birlikdə təklif edilən 3 variantdan II variantı - ABB-nin öhdəliklərinin illik 3,5% gəlirliliklə Azərbaycanın 15 illik suveren qiymətli kağızlarına dəyişdirilməsi variantını seçib.
Oxu.Az xəbər verir ki, bu barədə Report Qazaxıstan mətbuatına istinadən məlumat yayıb.
Qeyd edək ki, II variant ABB-nın 250 mln. dollarlıq öhdəliyinin illik 3,5% gəlirliklə 15 illik (2032-ci ilədək) 250 mln. dollarlıq Azərbaycan dövlət qiymətli kağızlarına dəyişdirilməsini nəzərdə tutur.
"ABB-nin məlumatına əsasən, öhdəliklərin könüllü restruktizasiyası prosesinin bu ilin sentyabr ayının birinci yarısında yekunlaşması gözlənilir. QMB-də bununla bağlı bütün lazımi işlər görülür”, - deyə Mərkəzi Bankdan bildirilib.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası planı kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























