• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd təsərrüfatı nazirliyinin rəsmisi bazardakı qiymətlərə aydınlıq gətirdi

Kənd təsərrüfatı nazirliyinin rəsmisi bazardakı qiymətlərə aydınlıq gətirdi
28.07.2017 12:20
Bazarlarda mövsümi məhsulların qiymətlərində artım baş verib. 

Oxu.Az xəbər verir ki, xüsusilə pomidorun qiymətində son 10 gündə artım var. Bu məhsul  0,8-1,20 manat təşkil edir. 

Mövsümün ən çox istifadə edilən tərəvəzlərindən sayılan qarpızın isə kiloqramı 0,2- 0,25 manatdan  təklif olunur. Qeyd edək ki, ötən ilin müvafiq dövründə qiymətlər 0,18 manat təşkil edirdi.

Rəsmi statistikaya əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz artıb. 

Bununla belə bir sıra məhsulların əkini azalıb. Məsələn, cari  ildə kartof əkini ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz, tərəvəz 6,4 faiz, bostan məhsulları 10,6 faiz az olub. Əslində, məhsul azlığını bazardakı satıcılar da təsdiqləyirlər. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Oxu.Az-a açıqlamasında mövsümi məhsulların qiymətlərinin baha olması ilə razılaşmadı: "Bazar liberaldır. Qiymətlər, demək olar ki hər gün dəyişir və təklif-tələb əsasında formalaşır. Qarpızın kiloqramının 20 qəpik olması normaldır. Sizcə, kəndçi məhsulunu neçə manatdan satmalıdır? O da çəkdiyi xərci götürməlidir axı”.

Ötən il qarpızın kiloqramının 0,30-0,35 manat təşkil etdiyini deyən nazirliyin rəsmisi bazarda bahalaşma olmadığını vurğuladı.  



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol