• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri bu il 1,6 mlrd. dollar artıb

Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri bu il 1,6 mlrd. dollar artıb
28.07.2017 22:00
Cari ilin ilk yarısında Fondun investisiya portfelinin gəlirliyi 1,12% təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri 1 643,9 mln. ABŞ dolları (büdcədənkənar gəlirlər 1 288,8 mln. dolları daxil olmaqla) və ya 4,96% artaraq 34 790,9 mln. dollara çatıb. "Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının yaydığı məlumatda qeyd edilir.

Məlumata əsasən, hesabat dövründə ARDNF-in gəlirlərinin ümumi həcmi 6 127,2 mln. manat və yaxud 3 504,7 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8 370,6 mln. manat) 73,2% səviyyəsində yerinə yetirilib. Fondun xərcləri isə 5 533,8 mln. manat və ya 3 149,6 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14 483,9 mln. manat) 38,2% səviyyəsində icra edilib.

Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1 288,8 mln. dollar təşkil edib, həmin dövr ərzində isə dollar ifadəsilə Fondun büdcədənkənar xərcləri olmayıb.

Cari ilin ilk yarısında Fondun investisiya portfelinin gəlirliyi 1,12% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur.

Palatanın açıqlamasına görə, gəlirliyin artımını xərclərin nəzərdə tutulmuş məbləğə qarşı az icra edilməsi və səhm yatırımları üzrə gəlirliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olması ilə əlaqələndirmək olar.

Fondun ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2% icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 dollar/barel həcmində proqnozlaşdırılmasına baxmayaraq 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53 dollar/barel təşkil etməsi olub.

Ümumilikdə isə manat ifadəsilə Fondun vəsaitləri 2017-ci il iyulun 1-nə 57 474,2 mln. manat təşkil edib.

Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2% icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7 500,0 mln. manat) 32,7% az icra edilməsi ilə (2 448,3 mln. manat) əlaqələndirmək olar.

ARDNF tərəfindən 2017-ci il üçün dövlət büdcəsinə 6 100,0 mln. manat məbləğində nəzərdə tutulmuş transfert cari ilin altı ayı ərzində 2 991,0 mln. manat və ya 49,1% səviyyəsində icra edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol